Qodonun intizarında

Semyuel Bekketin qələmə aldığı “Qodonu gözləyərkən” (“Qodonun intizarında”) əsəri iki pərdədən ibarət tragikomik pyesdir. İrland mənşəli dramaturq bu dramatik mətni ilk olaraq fransız dilində tərtib etmiş, sonradan onu şəxsən ingilis dilinə tərcümə etmişdir. İrland dramaturqu Semyuel Bekketin absurd teatrın incilərindən sayılan “Qodonu gözləyərkən” (“Qodonun intizarında”) əsəri Azərbaycanın həm dövlət, həm də müstəqil teatr truppalarının diqqətini … Qodonun intizarında haqqında daha çox oxu

2046 yoxsa 21:15 qatarı?

Dəmiryolu vağzalının bir çox əsərdə əsas məkan rolu oynadığını yaxşı bilirik. Vağzallar elə məkanlardır ki, burada başlanğıclar və sonlar, ayrılıqlar və qovuşmalar çox rahatlıqla vizuallaşır, müəllifin mesajı izləyiciyə rahatlıqla çatır. Bu yazı Toyğun Orbayın “21:15 qatarı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşadan və Vonq Kar-Vainin (Wong Kar-wai) “2046” filmindən bəhs edir. Pyes əsasında hazırlanan tamaşanı daha … 2046 yoxsa 21:15 qatarı? haqqında daha çox oxu

Hipernormallaşma

Britaniyalı rejissor Adam Kertisin 2016-cı ildə BBC üçün ərsəyə gətirdiyi “HyperNormalisation” sənədli filmi(serial) maraqlı bir iddiaya söykənir. 1970-ci illərin qlobal iqtisadi böhranlarından sonra hökumətlər və müttəfiqləri mürəkkəb reallığı idarə etmək cəhdlərindən əl çəkiblər. Onlar bunun əvəzinə böyük şirkətlərin maraqlarına xidmət edən daha sadə və “saxta bir dünya” modeli yaradıblar. Doqquz fəsildən ibarət olan film, əsasən, … Hipernormallaşma haqqında daha çox oxu

2+2=5

“Cəmiyyət həqiqətdən nə qədər uzaqlaşırsa, onu danışanlardan bir o qədər nifrət edir.” – Corc Oruell 2+2=5 bərabərliyi bir çoxlarının eşitdiyi, adətən mübahisələrdə həqiqəti vurğulamaq üçün istifadə olunan tanış bir ifadədir. Lakin bu gün haqqında danışacağımız mövzu təkcə bu düstur deyil rejissor Raoul Pekin Corc Oruell haqqında çəkdiyi sənədli filmdir. “1984” və “Heyvanıstan” əsərləri ilə dünya … 2+2=5 haqqında daha çox oxu

Ən yaxşı alman filmləri

Bu siyahı tamamilə subyektiv xarakter daşıyır. Məncə, bir filmin keyfiyyəti onun IMDb balı və ya aldığı mükafatların sayı ilə ölçülmür. Çünki kinoda bəzi texniki parametrlər mövcud olsa da, qiymətləndirilməsi qeyri-mümkün olan hisslər və məqamlar da var. Şübhəsiz ki, bu siyahıdan kənarda qalan daha uğurlu alman filmləri də az deyil. 1. Der Himmel über Berlin (Wings … Ən yaxşı alman filmləri haqqında daha çox oxu

Ən yaxşı dağçılıq filmləri

Dağlar həmişə qəribə bir cazibəyə malik olub. İnsan ağlına gəlməyən çətinliklərə, soyuğa və təhlükəyə rəğmən, niyə durmadan o zirvələrə doğru gedir? Açığı, mən nə peşəkar alpinistəm, nə də bir kino tənqidçisi. Sadəcə film izləməyi çox sevən bir şəxsəm. Oturub indiyə qədər bu mövzuda baxdığım və məndə iz qoyan filmləri bir yerə yığmaq istədim. Yəni bu … Ən yaxşı dağçılıq filmləri haqqında daha çox oxu

Remeykləri Orijinalından Məşhur olan Filmlər

Remeyk (ing. remake) — əvvəllər nümayiş etdirilmiş bir işin(film, musiqi, serial və s.) yenidən işlənməsi və əsasən eyni mövzunun təkrar hazırlanmasıdır. Kinematoqrafiya tarixində remeyklər tez-tez tənqid hədəfi olur. Çox vaxt bu cəhdlər orijinalın uğurunu maddi qazanca çevirmək istəyən uğursuz kopyalar kimi qiymətləndirilir. Lakin bəzi istisnalar var ki, onlar bu qaydanı tamamilə alt-üst edir. 1. Scent … Remeykləri Orijinalından Məşhur olan Filmlər haqqında daha çox oxu

Kitab oxumağın ən böyük zərəri

​Toni Keyin 2011-ci ildə çəkdiyi “Detachment” filmində Adrien Brodinin canlandırdığı Henri Bart obrazını çox adam tanıyır. Ən azından Adrien Brodinin “kədərli baxışları” sosyal mediada hardasa bizimlə rastlaşıb. Filmdə Corc Oruellə (George Orwell) edilən istinad, bəlkə də filmin ən məşhur və sosial şəbəkələrdə ən çox paylaşılan səhnəsidir. Onun sinifdəki o məşhur monoloqu əslində mütaliəyə olan romantik … Kitab oxumağın ən böyük zərəri haqqında daha çox oxu

Ümid Zirvəsi

Ümid Zirvəsi sənədli filmi 2017-ci il dekabrın 24-də Tufandağ istiqamətində yürüşə çıxaraq faciəvi şəkildə həlak olan üç gənc alpinistin — Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin hekayəsindən bəhs edir. Rejissor Elçin Quliyevin müəllifi olduğu ekran əsəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə “Buta Film” şirkəti tərəfindən ərsəyə gətirilib. Filmin çəkilişləri peşəkar … Ümid Zirvəsi haqqında daha çox oxu

Əzizim Fellini

Dünya kinosunun əfsanəsi, beş “Oskar” mükafatı laureatı Federiko Fellini adı hər bir kinosevər üçün tanışdır. Onun yaradıcılıq yolu və çətin həyat hekayəsi, filmlərinin adından tutmuş süjetinə qədər hər detalda özünü büruzə verir. Lakin bu yazımızın əsas mövzusu italyan ustadın özü deyil, rejissor və ssenari müəllifi Cavid Təvəkkülün 2010-cu ildə ərsəyə gətirdiyi “Əzizim Fellini” bədii filmidir. … Əzizim Fellini haqqında daha çox oxu