Qodonun intizarında

Semyuel Bekketin qələmə aldığı “Qodonu gözləyərkən” (“Qodonun intizarında”) əsəri iki pərdədən ibarət tragikomik pyesdir. İrland mənşəli dramaturq bu dramatik mətni ilk olaraq fransız dilində tərtib etmiş, sonradan onu şəxsən ingilis dilinə tərcümə etmişdir. İrland dramaturqu Semyuel Bekketin absurd teatrın incilərindən sayılan “Qodonu gözləyərkən” (“Qodonun intizarında”) əsəri Azərbaycanın həm dövlət, həm də müstəqil teatr truppalarının diqqətini … Qodonun intizarında haqqında daha çox oxu

2046 yoxsa 21:15 qatarı?

Dəmiryolu vağzalının bir çox əsərdə əsas məkan rolu oynadığını yaxşı bilirik. Vağzallar elə məkanlardır ki, burada başlanğıclar və sonlar, ayrılıqlar və qovuşmalar çox rahatlıqla vizuallaşır, müəllifin mesajı izləyiciyə rahatlıqla çatır. Bu yazı Toyğun Orbayın “21:15 qatarı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşadan və Vonq Kar-Vainin (Wong Kar-wai) “2046” filmindən bəhs edir. Pyes əsasında hazırlanan tamaşanı daha … 2046 yoxsa 21:15 qatarı? haqqında daha çox oxu

Hipernormallaşma

Britaniyalı rejissor Adam Kertisin 2016-cı ildə BBC üçün ərsəyə gətirdiyi “HyperNormalisation” sənədli filmi(serial) maraqlı bir iddiaya söykənir. 1970-ci illərin qlobal iqtisadi böhranlarından sonra hökumətlər və müttəfiqləri mürəkkəb reallığı idarə etmək cəhdlərindən əl çəkiblər. Onlar bunun əvəzinə böyük şirkətlərin maraqlarına xidmət edən daha sadə və “saxta bir dünya” modeli yaradıblar. Doqquz fəsildən ibarət olan film, əsasən, … Hipernormallaşma haqqında daha çox oxu

2+2=5

“Cəmiyyət həqiqətdən nə qədər uzaqlaşırsa, onu danışanlardan bir o qədər nifrət edir.” – Corc Oruell 2+2=5 bərabərliyi bir çoxlarının eşitdiyi, adətən mübahisələrdə həqiqəti vurğulamaq üçün istifadə olunan tanış bir ifadədir. Lakin bu gün haqqında danışacağımız mövzu təkcə bu düstur deyil rejissor Raoul Pekin Corc Oruell haqqında çəkdiyi sənədli filmdir. “1984” və “Heyvanıstan” əsərləri ilə dünya … 2+2=5 haqqında daha çox oxu

Ən yaxşı alman filmləri

Bu siyahı tamamilə subyektiv xarakter daşıyır. Məncə, bir filmin keyfiyyəti onun IMDb balı və ya aldığı mükafatların sayı ilə ölçülmür. Çünki kinoda bəzi texniki parametrlər mövcud olsa da, qiymətləndirilməsi qeyri-mümkün olan hisslər və məqamlar da var. Şübhəsiz ki, bu siyahıdan kənarda qalan daha uğurlu alman filmləri də az deyil. 1. Der Himmel über Berlin (Wings … Ən yaxşı alman filmləri haqqında daha çox oxu

Ən yaxşı dağçılıq filmləri

Dağlar həmişə qəribə bir cazibəyə malik olub. İnsan ağlına gəlməyən çətinliklərə, soyuğa və təhlükəyə rəğmən, niyə durmadan o zirvələrə doğru gedir? Açığı, mən nə peşəkar alpinistəm, nə də bir kino tənqidçisi. Sadəcə film izləməyi çox sevən bir şəxsəm. Oturub indiyə qədər bu mövzuda baxdığım və məndə iz qoyan filmləri bir yerə yığmaq istədim. Yəni bu … Ən yaxşı dağçılıq filmləri haqqında daha çox oxu

Azərbaycan dilində Qlobal Daxili Audit Standartları

https://www.theiia.org/en/chapters/international/azerbaijan Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsi (“IIA Azerbaijan”) Qlobal Daxili Audit Standartlarının rəsmi tərcüməsini tamamlayaraq veb-saytında yerləşdirib. 2025-ci ildən qüvvəyə minmiş bu yeni çərçivə sənədi daxili audit fəaliyyətini müasir risk mühitinə uyğunlaşdırmağı və keyfiyyət tələblərini gücləndirməyi hədəfləyir. Linkə keçid edərək sənədlə yaxından tanış ola bilərsiniz: Daxili Audit Standartları Qlobal Daxili Audit Standartları daxili audit fəaliyyətini … Azərbaycan dilində Qlobal Daxili Audit Standartları haqqında daha çox oxu

Taun

20-ci əsr fəlsəfi fikrinin və ədəbiyyatının ən mühüm simalarından biri olan Alber Kamyu, insanın dünyadakı mövqeyini, absurd reallıq qarşısındakı çarəsizliyini və eyni zamanda bu çarəsizliyə qarşı göstərdiyi mənəvi üsyanı yaradıcılığının mərkəzinə qoymuşdur. O, fərdi azadlıqların, vicdanın və hər cür diktaturaya qarşı səssiz müqavimətin ən güclü müdafiəçilərindən biri kimi tanınır. Yazıçının 1947-ci ildə işıq üzü görən … Taun haqqında daha çox oxu

ƏLVİDA YÜK!

Elçin hər səhər 9:06-da işə gəlirdi. Altı dəqiqə gecikməyin heç bir mənası yox idi, nə kimisə narahat edirdi, nə də kiminsə nəzərinə dəyirdi. Amma o elə edirdi. Bəlkə yeganə azadlığı bu idi. Kiçik, mənasız, amma özününkü. Bina şüşə və xromdan idi. Bakının qış günəşini elə bir laqeydliklə əks etdirirdi ki içəri girəndə adam özünü də … ƏLVİDA YÜK! haqqında daha çox oxu

Audit Monitorinqi

Daxili audit funksiyasının fəaliyyəti yekun hesabatın təqdim edilməsi ilə başa çatmır. Qlobal Daxili Audit Standartları 15-ci Prinsip, eləcə də 15.1 və 15.2 saylı Standartlar daxili audit funksiyasının üzərinə mühüm bir öhdəlik qoyur. Daxili audit funksiyası proses sahiblərinin(risk sahibləri) Audit tapıntıları üçün nəzərdə tutulmuş tövsiyələri və ya fəaliyyət planlarını icra edib-etmədiyinə əminlik verir. Monitorinq prosesi audit … Audit Monitorinqi haqqında daha çox oxu