Məcburi Audit Subyektləri


Azərbaycan Respublikasında audit fəaliyyətinin tənzimlənməsi və maliyyə şəffaflığının qorunması birbaşa qanunvericiliklə tənzimlənən prosesdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, audit yoxlaması məcburi və ya könüllü ola bilər. Öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir, digər hallarda isə könüllüdür.

Aşağıdakı qurumlar “Mühasibat uçotu haqqında” AR Qanununun 12-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə və digər sahəvi qanunlara əsasən illik maliyyə hesabatlarının düzgünlüyünü təsdiq etmək üçün hər il müstəqil auditor (kənar audit) cəlb etməyə borcludur.

Sıra №siMəcburi audit subyektləriMəcburi auditdən keçmənin qanunvericilikdə
təsbiti və əsası
1.İctimai əhəmiyyətli qurumlar“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli716-IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən.
2.Məhdud məsuliyyətli cəmiyyətlərAzərbaycan Respublikasının Mülki Məcəlləsinin
91.4-cü maddəsində nəzərdə tutulan şərtlərlə1999-cu il 28 dekabr tarixli 779-IQ
3.Səhmdar cəmiyyətləriAzərbaycan Respublikasının Mülki Məcəlləsinin
107.6-cı maddələrində nəzərdə tutulan şərtlərlə1999-cu il 28 dekabr tarixli 779-IQ
4.Banklar və digər kredit təşkilatları“Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun 8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.
5.Sığorta təşkilatları və cəmiyyətləri“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsinə əsasən
6.İnvestisiya fondları“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli1101-IIIQ saylı Qanununun 26-cı və 48-ci maddələrinə əsasən.
7.Maliyyə-sənaye qrupları“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 23 aprel tarixli 69-IQ №-li Qanununun 16-cı və 17-ci maddələrinə əsasən.
8.Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər)“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli716-IIQ saylı Qanununun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərlə.
9.Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12.2-ci maddəsinə əsasən
10.Publik hüquqi şəxslər“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli716-IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən.Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 06 iyul tarixli 173 nömrəli fərmanı ilə təsdiq edilmiş Publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsinin 7.4-cü maddəsinə əsasən.
11.Siyasi Partiyalar“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 14.6-cı maddəsinə əsasən.
12.Kənd təsərrüfatı kooperativləri“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli № 270-VQ saylı Qanunun 5.4-cümaddəsinə əsasən.
13.Bələdiyyələr“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli № 772-IQ saylı Qanunun 13-cü maddəsinə əsasən.
14.İnvestisiya şirkətləri, fond birjaları, klirinq təşkilatları və investisiya fondları“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli № 1284-IVQ saylı Qanunun 61-ci maddəsinə əsasən.
15.Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlarAzərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncamlarına və digər sənədlərə əsasən.


a) Korporativ Qurumlar
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.6-cı maddəsinə əsasən, bütün Səhmdar Cəmiyyətləri (ASC və QSC) hər il kənar auditor yoxlamasından keçməlidir.
Bundan əlavə, “Kənd təsərrüfatı kooperativləri haqqında” Qanunun 5.4-cü maddəsinə əsasən kooperativlər də bu öhdəliyin subyektidir.
Məhdud məsuliyyətli cəmiyyətlər (MMC) barədə: AR Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən, MMC-lər (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir.


b) Maliyyə İnstitutları
Banklar — “Banklar haqqında” AR Qanununun 44-cü maddəsinə əsasən
Sığorta şirkətləri — “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 78-ci maddəsinə əsasən
İnvestisiya fondları — “Qiymətli kağızlar bazarı haqqında” müvafiq qanunvericilik əsasında


c) İctimai Əhəmiyyətli Qurumlar
Publik hüquqi şəxslər — “Mühasibat uçotu haqqında” AR Qanunununa əsasən
Siyasi partiyalar — “Mühasibat uçotu haqqında” AR Qanununa əsasən
Bələdiyyələr — “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” müvafiq qanunvericilik çərçivəsində


d) Dövlət Vəsaitləri ilə Bağlı Qurumlar
Büdcədən subsidiya, subvensiya və qrant alan kommersiya təşkilatları
Dövlət zəmanəti ilə kredit alan subyektlər – “Mühasibat uçotu haqqında” AR Qanununa əsasən
Vacib qeyd: “Mühasibat uçotu haqqında” Qanuna edilən son dəyişikliklərə və AR Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən, mikro və kiçik sahibkarlıq subyekti olan MMC-lər məcburi audit öhdəliyindən azaddır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri (ilk növbədə Açıq Səhmdar Cəmiyyətləri) illik hesabatlarını və kənar auditorun rəyini hər il hamının tanış olması üçün mətbuatda və ya internet resurslarında dərc etdirməyə borcludur. Məcburi auditdən yayınma halları hüquqi və vəzifəli şəxslər üçün inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə sanksiyalar tətbiq edilir(Vəzifəli şəxslər
300 manatdan 600 manatadək, Hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək)

İstinad Edilmiş Əsas Normativ Aktlar
Azərbaycan Respublikasının Mülki Məcəlləsi (maddələr: 91.4, 100.3, 107.6)
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (maddə 464)
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu (maddə 2)
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu (maddə 12)
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu (maddə 42)
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (maddə 94)
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu (maddə 13.1)
“Kənd təsərrüfatı kooperativləri haqqında” Azərbaycan Respublikasının Qanunu (maddə 16.3)
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu

Cədvəlin İstinadı: “Vergilər” sosial-iqtisadi onlayn qəzetinin “Auditorlar Palatası məcburi audit subyektlərinə müraciət edib” başlıqlı xəbəri https://vergiler.az/news/economy/32981.html

Leave a Comment