Azərbaycan dilində Qlobal Daxili Audit Standartları

https://www.theiia.org/en/chapters/international/azerbaijan

Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsi (“IIA Azerbaijan”) Qlobal Daxili Audit Standartlarının rəsmi tərcüməsini tamamlayaraq veb-saytında yerləşdirib. 2025-ci ildən qüvvəyə minmiş bu yeni çərçivə sənədi daxili audit fəaliyyətini müasir risk mühitinə uyğunlaşdırmağı və keyfiyyət tələblərini gücləndirməyi hədəfləyir. Linkə keçid edərək sənədlə yaxından tanış ola bilərsiniz:

Daxili Audit Standartları

Qlobal Daxili Audit Standartları daxili audit fəaliyyətini sürətlə dəyişən müasir risk mühitinə uyğunlaşdırmaq və dünyadakı uğurlu təcrübələri vahid çərçivədə birləşdirmək üçün hazırlanıb. Xüsusilə texnoloji yeniliklər, kibertəhlükəsizlik və idarəetmə riskləri kimi müasir çağırışlar bu sahədə köklü bir yenilənməni zəruri edirdi. Bu yeni çərçivə bizneslərə daha çevik, hesabatlı və birbaşa biznesin hədəflərinə xidmət edən bir yeni bir audit modeli qazandırır.

Leave a Comment