Skip to content
Eldar H. Mammadov

Eldar H. Mammadov

  • Kateqoriyalar
    • Filmlər
    • İqtisadiyyat
    • Kitablar
    • Ordan-burdan
  • Bloq haqqında
  • Toggle search form
  • Avropada sərnişindaşımada qatar və aviareyslər İqtisadiyyat
  • ISO 31000 və ISO 31010 nədir? İqtisadiyyat
  • Diletant liderlik Ordan-burdan
  • Azərbaycanda Quş Müşahidəsi(birdwatching) Uncategorized
  • Zəmanəmizin qəhrəmanı Kitablar
  • Üzeyir ömrü – Üzeyir Hacıbəyli 140 Ordan-burdan
  • Daxili Audit və Daxili Nəzarətin fərqləri İqtisadiyyat
  • Sərbəst insanlar ölkəsində – Əhməd bəy Ağaoğlu Kitablar

Arzunun Ardınca filmi

Posted on August 28, 2025August 28, 2025 By admin No Comments on Arzunun Ardınca filmi

2023-cü ildə Everest zirvəsinə qalxan ilk Azərbaycanlı qadın alpinist Elmira Aslanova haqqında olan film rejissor Arzu Urşan (Arzu Məmmədova Urşan qızı) tərəfindən ərsəyə gətirilib. Elmira Aslanova alpinist fəaliyyətinə 2018-ci ildə Nepalda yerləşən Torong-La (5416 m) aşırımından keçməklə trekking yürüşü vasitəsilə başlamışdır. Daha sonra o, Tibətə səfər edərək 5600 m hündürlükdə yerləşən Kailas dağının ətrafında koranı (dairəvi yürüşü) tamamlamışdır. Elmira Aslanova həmçinin Kilimancaro, Ojos-del-Salado və Akonkaqua zirvələrinə Azərbaycan bayrağını sancan ilk qadın olmuşdur.

Film yalnız zirvə ekspedisiyasına həsr olunmur. Burada gender stereotipləri, alpinizmin kommersiyalaşdırılması, xüsusilə də Everest zirvəsinin fəthinin biznesə çevrilməsi mövzuları ön plana çıxır. İnsanların sərt şəraitdə davranışları, yoldaşlıq və dostluq münasibətləri, yolda insana güc verən inancın qüdrəti, ailə dəyərlərinin qorunması və Azərbaycan qadınının həqiqi gücü filmin əsas ideya xəttini təşkil edir. Filmdə texniki peşəkarlıqdan danışmaq müəyyən qədər çətin görünə bilər. Büdcə və digər resurs məhdudiyyətləri nəzərə alındıqda, yaradıcı heyətin əsas məqsədinin ideyanın ötürülməsi olduğu aydınlaşır. Bu baxımdan film öz missiyasını uğurla yerinə yetirir: təxminən 50 dəqiqəlik ekran işində tamaşaçı başlanğıcdan son zirvəyə qədər həm emosional həyəcanı, həm də ideya yükünü tam şəkildə hiss edir.

Filmdə insan öz gözləri ilə inancın nələrə qadir olduğunu görür. Hər kadr tamaşaçıya göstərir ki, güclü iradə və sarsılmaz inam dağlardan uca ola bilər. Mənim üçün xüsusi önəm daşıyan məqamlardan biri filmdə səslənən o cümlədir: “Əgər sən yuxunda Everesti görürsənsə, deməli sən yüz faiz onu fəth edəcəksən.”Bu ifadə həm filmin, həm də ümumilikdə insan həyatının əsas fəlsəfəsini özündə əks etdirir.

Film tamaşaçıya göstərir ki, zirvələr yalnız dağlarda deyil, insanın inancı, iradəsi və əzmi ilə də fəth edilir. Hər kəsin öz sınaqları, öz məqsədləri var. Və Elmira xanımın sözləri ilə:
“Hər kəsin öz Everesti var.”

Filmlər

Post navigation

Previous Post: Nəzarətə nəzarət
Next Post: Avropada sərnişindaşımada qatar və aviareyslər

Related Posts

  • Ekrandakı reallıq Filmlər
  • Zaman divarları arasında Filmlər
  • Sonbahar Filmlər
  • Ququ quşu yuvası üzərindən uçuş Filmlər

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Kateqoriyalar

  • Filmlər
  • İqtisadiyyat
  • Kitablar
  • Ordan-burdan
  • Uncategorized
  • LinkedIn
  • Instagram

Son yazılar

  • Diletant liderlik
  • Sonbahar
  • Zəmanəmizin qəhrəmanı
  • Azərbaycanda Quş Müşahidəsi(birdwatching)
  • Üzeyir ömrü – Üzeyir Hacıbəyli 140
  • Diletant liderlik Ordan-burdan
  • Üzeyir ömrü – Üzeyir Hacıbəyli 140 Ordan-burdan
  • Avropada sərnişindaşımada qatar və aviareyslər İqtisadiyyat
  • Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti İqtisadiyyat
  • Sonbahar Filmlər
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat
  • ISO 31000 və ISO 31010 nədir? İqtisadiyyat
  • Azərbaycanda Quş Müşahidəsi(birdwatching) Uncategorized

Copyright © 2025 Eldar H. Mammadov.

Powered by PressBook News WordPress theme