Skip to content
Eldar H. Mammadov

Eldar H. Mammadov

  • Kateqoriyalar
    • Filmlər
    • İqtisadiyyat
    • Kitablar
    • Ordan-burdan
  • Bloq haqqında
  • Toggle search form
  • Avropada sərnişindaşımada qatar və aviareyslər İqtisadiyyat
  • Zaman divarları arasında Filmlər
  • Nəzarətə nəzarət İqtisadiyyat
  • Arzunun Ardınca filmi Filmlər
  • Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti İqtisadiyyat
  • Daxili Audit və Daxili Nəzarətin fərqləri İqtisadiyyat
  • Sərbəst insanlar ölkəsində – Əhməd bəy Ağaoğlu Kitablar
  • “Bir kəmər bir yol” təşəbbüsü nədir? İqtisadiyyat

Ekrandakı reallıq

Posted on August 25, 2025August 25, 2025 By admin No Comments on Ekrandakı reallıq

İşçi hüquqlarının pozulmasını təsvir edən ekran işləri bu problemlərin cəmiyyətə təqdim edilməsi və məsələnin daima gündəmdə olması cəhətdən vacibdir. Əmək hüquqlarının qorunması yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin rifahı üçün əhəmiyyətlidir.


İşçilərin qarşılaşdıqları çətinliklər əksər hallarda kölgədə qalır . Kino sənəti isə bu reallıqları emosionallıq və vizual güclə tamaşaçıya çatdıraraq, sosial ədalət mübarizəsinin bir vasitəsinə çevrilir.
Dünya miqyasında milyonlarla insan əmək hüquqları pozularaq qeyri-insani şəraitdə işləməyə məcbur edilir. Bu kimi əsərlər həm hüquqi boşluqlara, həm də sosial ədalətsizliklərə diqqət çəkərək ictimai təzyiq formalaşdırır. Ekran işlərində real hekayələrin əks olunması tamaşaçıya problemin dərinliyini hiss etdirməyə imkan verir. Bədii filmlər təkcə sənət nümunəsi deyil, həm də sosial yaddaşın qorunması üçün güclü bir alət ola bilər. Bu əsərlər insan ləyaqətinin, azadlığının və bərabər hüquqlarının əhəmiyyətini vurğulayır. Cəmiyyətin maarifləndirilməsi, sosial dialoqun gücləndirilməsi və insan hüquqlarına hörmətin artması üçün belə filmlərin çəkilməsi vacibdir. Tamaşaçı ekranda gördüyü talelərlə həmrəylik quraraq, sosial məsuliyyət hissi qazanır.

“The Goat Life” (“Aadujeevitham”) 2024 – Xaricdə özünə iş axtaran hindistanlı bir işçi Səudiyyə Ərəbistanına gedir, ancaq o səhrada keçi çobanı olaraq maaş almadan məcburi əməyə cəlb edilir. Film hindistanlı miqrant işçi Najeeb Muhammedin real hekayəsinə əsasən ekranlaşdırılıb.

1994-cü ildə rejissor Tofiq Tağızadənin çəkdiyi “Köpək” bədii filmi bu qəbildən olan nadir filmlərdəndir. Filmin mövzusu iş tapmaq ümidilə yola çıxan insanların düşərgə kimi yerdə, qeyri-insani şərtlər altında fiziki və mənəvi məhv edilməsindən bəhs edir. Filmin ümumi ağır atmosferində insanın sadəcə sosial roluna görə deyil, həm də insan olduğu üçün qiymətləndirilməsi və bu yolda durmadan apardığı mübarizə təsvir edilir. Hər iki ekran əsəri tamaşaçını yalnız hadisələrin şahidi etməklə kifayətlənmir, eyni zamanda onu sosial məsuliyyət daşımağa çağırır.

Filmlər

Post navigation

Previous Post: Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti
Next Post: Daxili Audit və Daxili Nəzarətin fərqləri

Related Posts

  • Zaman divarları arasında Filmlər
  • Arzunun Ardınca filmi Filmlər

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Kateqoriyalar

  • Filmlər
  • İqtisadiyyat
  • Kitablar
  • LinkedIn
  • Instagram

Son yazılar

  • “Bir kəmər bir yol” təşəbbüsü nədir?
  • Zaman divarları arasında
  • Avropada sərnişindaşımada qatar və aviareyslər
  • Arzunun Ardınca filmi
  • Nəzarətə nəzarət
  • Dəmir Yolları ilə Daşınan Sərnişin Sayı(2014-2024) İqtisadiyyat
  • Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti İqtisadiyyat
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat
  • Sərbəst insanlar ölkəsində – Əhməd bəy Ağaoğlu Kitablar
  • Arzunun Ardınca filmi Filmlər
  • Daxili Audit və Daxili Nəzarətin fərqləri İqtisadiyyat
  • Avropada sərnişindaşımada qatar və aviareyslər İqtisadiyyat
  • Nəzarətə nəzarət İqtisadiyyat

Copyright © 2025 Eldar H. Mammadov.

Powered by PressBook News WordPress theme