Skip to content
Eldar H. Mammadov

Eldar H. Mammadov

  • Kateqoriyalar
    • Filmlər
    • İqtisadiyyat
    • Kitablar
    • Ordan-burdan
  • Bloq haqqında
  • Toggle search form
  • Arzunun Ardınca filmi Filmlər
  • Nəzarətə nəzarət İqtisadiyyat
  • Ekrandakı reallıq Filmlər
  • Daxili Audit və Daxili Nəzarətin fərqləri İqtisadiyyat
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat
  • “Bir kəmər bir yol” təşəbbüsü nədir? İqtisadiyyat
  • Dəmir Yolları ilə Daşınan Sərnişin Sayı(2014-2024) İqtisadiyyat
  • Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti İqtisadiyyat

Sərbəst insanlar ölkəsində – Əhməd bəy Ağaoğlu

Posted on August 25, 2025August 25, 2025 By admin No Comments on Sərbəst insanlar ölkəsində – Əhməd bəy Ağaoğlu

Bəzən bir kitab, bir film, bir şeir, hətta bir cümlə və ya bir söz insanın həyatını, dünyaya baxışını kökündən dəyişə bilir. Bu dəyişikliklər həmişə müsbət istiqamətdə olmur, lakin insanı silkələyib düşündürməsi kifayətdir. Kitabı sona çatdıranda içində “Bəli, mən axtardığımı tapdım” hissi yaranırsa, deməli, o əsərin təsiri öz işini görüb. Əhməd bəy Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” əsəri məhz bu qəbildən olan kitabdır. Kitab ilk dəfə 1930-cu ildə İstanbulda nəşr edilmişdir. Təxminən yüz il əvvəl yazılsa da, bu gün də eyni dərəcədə aktualdır və əminəm ki, yüz il sonra da öz dəyərini qoruyub saxlayacaq. Mən bu kitabla ilk dəfə on il əvvəl tanış olmuşdum. Həmin vaxt bir layihə çərçivəsində əsər yenidən nəşr edilmişdi və bu münasibətlə bir tədbir təşkil olunmuşdu. Orada Rəhman Bədəlov, Rasim Qaraca kimi ziyalılar çıxış edirdilər. Tədbir çox maraqlı keçmişdi; Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı, onun ideyaları və düşüncələri haqqında geniş izahlar verilmişdi. O vaxtdan bu kitab mənim üçün sadəcə ədəbiyyat nümunəsi deyil, həm də düşüncə dünyama təsir edən dəyərli bir yol yoldaşı oldu.

Əhməd bəy Ağaoğlu (1869–1939) — tanınmış ictimai-siyasi xadim, publisist, maarifçi və hüquqşünasdır. O, Azərbaycan və Türkiyə ictimai həyatında fəal iştirak etmiş, azadlıq və müasirlik ideyalarının təbliğində mühüm rol oynamışdır. Ağaoğlunun publisistik və elmi əsərləri milli şüurun formalaşmasında xüsusi əhəmiyyət kəsb etmişdir.

Kitab, zalım rejimindən qaçaraq xəyali “Sərbəst İnsanlar Ölkəsi”-nə gələn bir gəncin hekayəsini danışır. Bu ölkədə qəhrəman azadlıq, bərabərlik və dürüstlük üzərində qurulmuş bir cəmiyyətlə tanış olur.

Sərbəst insanlar ölkəsinin qanunlarında aşağıdakı maddələr qeyd olunmuşdu:

1. Azadlıq doğruya və cəsarətə söykənir;

2. Yalan, sərbəst insanlar ölkəsində tam yasaqdır.Bu azara tutulan ölkə xaricinə çıxarılır;

3. İkiüzlülük və yaltaqlıq ən ağır günahdır. Bu günaha batanlar hamılıqca daşa tutulurlar;

4. Çuğulluq edənlər sərbəst insanlar ölkəsinin vətəndaşlığından çıxarılırlar;

5. Qorxaqlıqla sərbəst ölkə vətəndaşlığı bir araya sığmaz;

6. Sözlə və işlə başqasına qəsd edənlər ölkədən çıxarılır

7. Hiylə işlədənlər və araqarışdıranlar vətəndaşlıqlarını itirməklə cəzalandırılırlar;

8. Haqqı qorumaq vəzifədir. Bu vəzifəni gerçəkləşdirməyənlər ölkəni tərk edirlər;

9. Çalışmaq vəzifədir. Çalışmadan yaşamaq istəyənlər ölkənin xeyrinə pulsuz çalışmağa məcbur olunurlar;

10. Dözüm və yardım göstərmək vəzifədir. Bu vəzifəni yerinə yetirməyənlər ölkə vətəndaşlığını itirirlər;

11. Ölkə işlərini görmək yalnız təcrübə və ixtisas sahiblərinin haqqıdır;

12. Hər bir vətəndaş ölkə məmurlarının fəaliyyətini yoxlaya bilər;

13. Hər bir məmur və hər hansı vətəndaş gördüyü işlər və əlindəki sərvət haqqında hər an hesab verməyə hazır olmalıdır. Hesabatdan qaçanlar ağır cəzaya və vətəndaşlıq haqqını itirməyə məhkum olunurlar;

“Sərbəst İnsanlar Ölkəsində” yalnız utopik bir hekayə deyil; bu əsər Əhməd bəy Ağaoğlunun gələcək nəsillərə azadlıq, təhsil və əxlaq üzərində qurulmuş bir cəmiyyətin mümkünlüyünü xtırladan çağırışdır.

Kitablar

Post navigation

Previous Post: Dəmir Yolları ilə Daşınan Sərnişin Sayı(2014-2024)
Next Post: Nəzarətə nəzarət

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Kateqoriyalar

  • Filmlər
  • İqtisadiyyat
  • Kitablar
  • LinkedIn
  • Instagram

Son yazılar

  • “Bir kəmər bir yol” təşəbbüsü nədir?
  • Zaman divarları arasında
  • Avropada sərnişindaşımada qatar və aviareyslər
  • Arzunun Ardınca filmi
  • Nəzarətə nəzarət
  • “Bir kəmər bir yol” təşəbbüsü nədir? İqtisadiyyat
  • Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti İqtisadiyyat
  • Nəzarətə nəzarət İqtisadiyyat
  • Arzunun Ardınca filmi Filmlər
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat
  • Zaman divarları arasında Filmlər
  • Daxili Audit və Daxili Nəzarətin fərqləri İqtisadiyyat
  • Ekrandakı reallıq Filmlər

Copyright © 2025 Eldar H. Mammadov.

Powered by PressBook News WordPress theme