Skip to content
Eldar H. Mammadov

Eldar H. Mammadov

  • Kateqoriyalar
    • Filmlər
    • İqtisadiyyat
    • Kitablar
    • Ordan-burdan
  • Bloq haqqında
  • Toggle search form
  • Sonbahar Filmlər
  • Üzeyir ömrü – Üzeyir Hacıbəyli 140 Ordan-burdan
  • Zaman divarları arasında Filmlər
  • Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti İqtisadiyyat
  • Diletant liderlik Ordan-burdan
  • Azərbaycanda Quş Müşahidəsi(birdwatching) Uncategorized
  • Arzunun Ardınca filmi Filmlər
  • Nəzarətə nəzarət İqtisadiyyat

Ququ quşu yuvası üzərindən uçuş

Posted on September 12, 2025September 13, 2025 By admin No Comments on Ququ quşu yuvası üzərindən uçuş

Bəzən bir kitab və ya film insanın içində uzun müddət səssiz qalan hissləri oyadır. Ken Kizinin Ququ yuvası üzərindən uçuş ( 1962) əsərini oxuyanda və Milos Formanın eyni adlı filmini (1975) izləyəndə məndə məhz belə olmuşdu. Bu əsər sadəcə psixiatrik xəstəxanadakı gündəlik hadisələrin qeydi deyil — o, sistemə qarşı insanın dik dayanmaq cəhdinin və fərdin azadlıq uğrunda mübarizəsinin epik portretidir(şəxsiyyətin və ya hadisənin böyük və dramatik təsvir olunması, qəhrəmanın mübarizəsi və xarakteri geniş planda göstərilir).

Əsərin qəhrəmanı hekayəni, susan, amma hər şeyi görən və müşahidə edən nəhəng Chief Bromden-in dilindən danışdırır. Hamı onu lal və kar hesab edir; lakin o, xəstəxananın məhz necə işlədiyini, insanların necə sındırıldığını və idarə edildiyini aydın görür. Bu perspektiv müəllifi oxucunu həm gerçək, həm də xəstələrin təhrif olunmuş dünyasına aparır — hər iki reallıq özünəməxsus, eyni dərəcədə əhəmiyyətlidir.

Xəstəxana avtoritar, sərt və soyuq bir sistem kimi qurulub. Orada söz sahibi, soyuq intizamın personifikasiyası (abstrakt anlayışın insan obrazında göstərilməsi; burada “Böyük Bacı” Nurse Ratched kimi) olan Nurse Ratched — “Böyük Bacı”dır. O, xəstələrin şəxsiyyətini “vəhşicəsinə” parçalayır, onları itaətə alışdırır və fərdi azadlıqlarını əlindən alır. Bu idarəetmə mexanizmi insanlara yalnız fiziki yox, həm də psixoloji tətbiq edilir.

Hadisələrin mərkəzinə daxil olan yeni pasiyent Randle Patrick McMurphy isə sistemə qarşı meydan oxuyan, həyatı sevən, zarafatcıl, içkini və kart oyununu sevən üsyankardır. Həqiqi ruhi xəstə olmamasına baxmayaraq, cəza çəkməmək üçün özünü xəstə kimi göstərərək xəstəxanaya girməyi bacarır. McMurphy-nin sarsılmaz mövqeyi və “üsyanı” digər xəstələrdə də dalğa-dalğa ümid yaratmağa başlayır — bəzən bir insanın cəsarəti başqalarının da özünə gəlməsinə səbəb olur.

Mənə elə gəlir ki, bu əsərdə insanın ən böyük düşməni sistemdən daha çox öz içindəki qorxularıdır. McMurphy göstərir ki, müqavimət yalnız bir insana aid deyil — o, başqalarının da gözlərini açır, onlara səsini geri qaytarmağa yardım edir. Əsərin dili sadə, ancaq fikir və simvolizm baxımından dərin fəlsəfi qatlarla doludur. Chief Bromden-in hekayəni izah tərzi həm simvolik, həm də poetikdir — oxucunu passiv izləyicidən düşünən və hiss edən tərəfə çevirir.

Filmin atmosferində müəyyən mənada elmi-fantastik bir soyuqluq da duyulur. Xəstələr hər hərəkətlərinin gözdən keçirildiyini bildiklərinə görə “güdülmə” sindromundan çıxa bilmirlər — artıq özlərini məhdudlaşdırır, hər addımı hesablayırlar.

Bu panoptik nəzarət(Fərdlərin davamlı izlənildiyi və qiymətləndirildiyi bir nəzarət sistemi konsepsiyası; şəxslər daim müşahidə altında olduqlarını bildikləri üçün öz davranışlarını məhdudlaşdırırlar) təxəyyülü təkcə xəstəxanaya özgü deyil; biz onu müasir dövlət idarəçiliyində, polis və məhkəmə mexanizmlərində, həmçinin identifikasiya sistemlərində, qeydiyyat sənədlərində və hətta sosial şəbəkələrdə də tanıyırıq. Müasir dünyada fərdin hərəkəti müxtəlif vasitələrlə nəzarət altına alınır və bu, insan azadlığının məhdudlaşdırılmasının yeni formalarını doğurur. Eyni zamanda əsər insanları sosial kateqoriyalara — cins, din, irq və s. — bölərək ayrı-seçkiliyi alovlandıran tendensiyalara da işıq tutur; bu problemlər o dövrdə olduğu kimi bu gün də insanlığın gələcəyini təhdid edir.

Film həm bədii, həm də dramatik gücü ilə seçilir — 1975-ci ildə 9 nominasiyada Oskara namizəd olub və “Big Five” hesab olunan beş əsas kateqoriyada (ən yaxşı film, ən yaxşı rejissor, ən yaxşı ssenari, baş rolda ən yaxşı kişi və baş rolda ən yaxşı qadın aktyor) qalib gəlmiş üç filmdən biri olub. Bu uğur əsərin həm ədəbi, həm də kino dilində nə qədər məzmunlu və təsirli olduğunu təsdiqləyir.

Filmin sonu kədərli bir notla bitir. Ancaq demək olar ki, əsərin çıxış nöqtəsi aydındır: cəmiyyətin, onun yaratdığı əxlaq və intizam mexanizmlərinə tabe olmayan, onlara müqavimət göstərən fərdlərin taleyi çox vaxt acı və ağır olur. Sistemə tabe olmaq asandır, bəlkə də rahatdır, təhlükəsizdir — amma …

Xilas olmaq üçün sadəcə hərəkətə başlamaq lazımdı

Filmlər Tags:film, kitab, pulsuz film, qeseng film, yaxsı film

Post navigation

Previous Post: “Bir kəmər bir yol” təşəbbüsü nədir?
Next Post: ISO 31000 və ISO 31010 nədir?

Related Posts

  • Arzunun Ardınca filmi Filmlər
  • Ekrandakı reallıq Filmlər
  • Sonbahar Filmlər
  • Zaman divarları arasında Filmlər

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Kateqoriyalar

  • Filmlər
  • İqtisadiyyat
  • Kitablar
  • Ordan-burdan
  • Uncategorized
  • LinkedIn
  • Instagram

Son yazılar

  • Diletant liderlik
  • Sonbahar
  • Zəmanəmizin qəhrəmanı
  • Azərbaycanda Quş Müşahidəsi(birdwatching)
  • Üzeyir ömrü – Üzeyir Hacıbəyli 140
  • Ekrandakı reallıq Filmlər
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat
  • “Bir kəmər bir yol” təşəbbüsü nədir? İqtisadiyyat
  • Nəzarətə nəzarət İqtisadiyyat
  • Daxili Audit və Daxili Nəzarətin fərqləri İqtisadiyyat
  • Sonbahar Filmlər
  • ISO 31000 və ISO 31010 nədir? İqtisadiyyat
  • Zaman divarları arasında Filmlər

Copyright © 2025 Eldar H. Mammadov.

Powered by PressBook News WordPress theme