Skip to content
Eldar H. Mammadov

Eldar H. Mammadov

  • Kateqoriyalar
    • Filmlər
    • İqtisadiyyat
    • Kitablar
    • Ordan-burdan
  • Bloq haqqında
  • Toggle search form
  • Arzunun Ardınca filmi Filmlər
  • Diletant liderlik Ordan-burdan
  • Zaman divarları arasında Filmlər
  • Sonbahar Filmlər
  • ISO 31000 və ISO 31010 nədir? İqtisadiyyat
  • Sərbəst insanlar ölkəsində – Əhməd bəy Ağaoğlu Kitablar
  • Zəmanəmizin qəhrəmanı Kitablar
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat

Nəzarətə nəzarət

Posted on August 28, 2025August 28, 2025 By admin No Comments on Nəzarətə nəzarət

Bəzən təşkilatlarda hər şey “daha effektiv” olsun deyə yeni nəzarət mexanizmləri yaradılır. Sonra bu nəzarətlərin özünə də nəzarət qoyulur. Bir müddət sonra isə “nəzarətə nəzarətə nəzarət” mərhələsinə qədər məsələ uzana bilir.

Bu məsələ ilə bağlı maraqlı bir pritça var. Bir gün zavodun rəhbəri istehsalat sahəsini gəzir. Şərab çənlərinin saxlandığı yerə çatanda görür ki, kənarda bir stəkan qoyulub. Təbii ki, o stəkanın təsadüfən orada olmadığını başa düşür: işçilərdən biri ara-sıra şərab içir.

Rəhbər düşünür:
— Deməli, burda nəzarət zəifdir. Gərək kimisə işə götürüm ki, bu işçiyə nəzarət etsin.

Bir müddət keçir. Rəhbər yenidən həmin əraziyə baxış keçirir. Gözləri inanmaq istəmir: bu dəfə orada iki stəkan var. Bu sadə, amma düşündürücü hekayə bizə bir həqiqəti göstərir. Əlavə nəzarət həmişə problemi həll etmir. Əgər nəzarət sistemi düzgün dizayn edilməyibsə, “nəzarətə nəzarət” sadəcə əlavə yük və əlavə bürokratiyadan başqa bir işə yaramır. Əsl effektivlik risklərə uyğun dizayn edilmiş, balanslı və işlək nəzarət mexanizmlərindədir. Çoxlu əlavə yoxlama gətirmək nəinki problemi həll edir, bəzən onu daha da böyüdür. Çünki nəzarətlərin sayı artdıqca, məsuliyyət hissi azalır. Birinci müdafiə(proses sahibi) xətti risklərin idarə edilməsində “ön cəbhə”dir. Əgər ön cəbhə zəifdirsə, arxadakı müdafiə xətləri(ikinci müdafiə xətti kimi DND, monitorinq, risk və s. üçüncü müdafiə xətti daxili audit) nə qədər güclü olsa da, təşkilata gözlənilən qədər faydası olmaz.

İqtisadiyyat Tags:daxili audir, Daxili nəzarət, nəzarətə nəzarət, risklərin idarə edilməsi

Post navigation

Previous Post: Sərbəst insanlar ölkəsində – Əhməd bəy Ağaoğlu
Next Post: Arzunun Ardınca filmi

Related Posts

  • Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti İqtisadiyyat
  • ISO 31000 və ISO 31010 nədir? İqtisadiyyat
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat
  • “Bir kəmər bir yol” təşəbbüsü nədir? İqtisadiyyat
  • Avropada sərnişindaşımada qatar və aviareyslər İqtisadiyyat
  • Daxili Audit və Daxili Nəzarətin fərqləri İqtisadiyyat

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Kateqoriyalar

  • Filmlər
  • İqtisadiyyat
  • Kitablar
  • Ordan-burdan
  • Uncategorized
  • LinkedIn
  • Instagram

Son yazılar

  • Diletant liderlik
  • Sonbahar
  • Zəmanəmizin qəhrəmanı
  • Azərbaycanda Quş Müşahidəsi(birdwatching)
  • Üzeyir ömrü – Üzeyir Hacıbəyli 140
  • Sonbahar Filmlər
  • Ekrandakı reallıq Filmlər
  • Diletant liderlik Ordan-burdan
  • ISO 31000 və ISO 31010 nədir? İqtisadiyyat
  • Dəmir Yolları ilə Daşınan Sərnişin Sayı(2014-2024) İqtisadiyyat
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat
  • “Bir kəmər bir yol” təşəbbüsü nədir? İqtisadiyyat
  • Ququ quşu yuvası üzərindən uçuş Filmlər

Copyright © 2025 Eldar H. Mammadov.

Powered by PressBook News WordPress theme