Ekrandakı maraqlı audit hekayələri

The Auditors ( 2024,IMDB 7.8) “The Auditors” (2024, IMDb: 7.8) – Audit dünyasını sadəcə rəqəmlərdən ibarət deyil, yüksək gərginlikli bir dedektiv hekayəsi kimi təqdim edən 12 seriyalıq Cənubi Koreya dramıdır. Serialın mərkəzində soyuqqanlı və istedadlı bir audit komandası rəhbəri ilə işə yeni başlayan idealist bir gəncin maraqlı iş birliyi dayanır. Onların birlikdə şirkətdəki mürəkkəb maliyyə … Ekrandakı maraqlı audit hekayələri haqqında daha çox oxu

Fəryaddan Zəfərə – Azərbaycan Kinosu

Azərbaycan kinematoqrafiyası yarandığı dövrdən etibarən hər zaman xalqın həyatını və taleyini yaxından izləmişdir. Lakin müasir milli kinomuzun ən təsirli və dərin iz qoyan nümunələri məhz müharibə ilə bağlıdır. Tarixi baxımdan bu mövzudakı filmləri İkinci Dünya Müharibəsi, Birinci Qarabağ Müharibəsi və 44 günlük Vətən Müharibəsinə həsr olunanlar olmaqla üç əsas mərhələyə bölmək olar. Hazırda diqqət mərkəzində … Fəryaddan Zəfərə – Azərbaycan Kinosu haqqında daha çox oxu

Sonbahar

2008-ci ildə Oğuz Alper tərəfindən ərsəyə gətirilən “Sonbahar” filmi, izləyicisini son ana qədər təsiri altında saxlaya bilən bir ekran əsəridir. Bir çox türk dramlarında olduğu kimi, bu filmdə də rus ədəbiyyatının, xüsusilə klassik romanların təsirini açıq şəkildə hiss etmək mümkündür. Filmin baş qəhrəmanı Yusufu belə təsvir etmək olar: Raskolnikov qədər günahkar, Oblomov qədər yorğun, Yefimiç … Sonbahar haqqında daha çox oxu

Ququ quşu yuvası üzərindən uçuş

Bəzən bir kitab və ya film insanın içində uzun müddət səssiz qalan hissləri oyadır. Ken Kizinin Ququ yuvası üzərindən uçuş ( 1962) əsərini oxuyanda və Milos Formanın eyni adlı filmini (1975) izləyəndə məndə məhz belə olmuşdu. Bu əsər sadəcə psixiatrik xəstəxanadakı gündəlik hadisələrin qeydi deyil — o, sistemə qarşı insanın dik dayanmaq cəhdinin və fərdin … Ququ quşu yuvası üzərindən uçuş haqqında daha çox oxu

Zaman divarları arasında

Kino dünyasında bəzən bir film hekayə danışmaqdan çox, hiss etdirməyi hədəfləyir. Robert Zemeckis-in son filmi “Here” (2024) də məhz belə əsərlərdən biridir. O, səni əyləncəli süjet axınına cəlb etmir, sürətli hadisələrlə “əsir” almır. Əksinə, bir otaqda, sabit kamera önündə, bütün zamanların izlərini göstərərək həyatın özünü sorğulamağa vadar edir. Bu filmə baxarkən sanki bir evi deyil, … Zaman divarları arasında haqqında daha çox oxu

Arzunun Ardınca filmi

2023-cü ildə Everest zirvəsinə qalxan ilk Azərbaycanlı qadın alpinist Elmira Aslanova haqqında olan film rejissor Arzu Urşan (Arzu Məmmədova Urşan qızı) tərəfindən ərsəyə gətirilib. Elmira Aslanova alpinist fəaliyyətinə 2018-ci ildə Nepalda yerləşən Torong-La (5416 m) aşırımından keçməklə trekking yürüşü vasitəsilə başlamışdır. Daha sonra o, Tibətə səfər edərək 5600 m hündürlükdə yerləşən Kailas dağının ətrafında koranı … Arzunun Ardınca filmi haqqında daha çox oxu

Ekrandakı reallıq

İşçi hüquqlarının pozulmasını təsvir edən ekran işləri bu problemlərin cəmiyyətə təqdim edilməsi və məsələnin daima gündəmdə olması cəhətdən vacibdir. Əmək hüquqlarının qorunması yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin rifahı üçün əhəmiyyətlidir. İşçilərin qarşılaşdıqları çətinliklər əksər hallarda kölgədə qalır . Kino sənəti isə bu reallıqları emosionallıq və vizual güclə tamaşaçıya çatdıraraq, sosial ədalət mübarizəsinin bir vasitəsinə çevrilir.Dünya … Ekrandakı reallıq haqqında daha çox oxu