Skip to content
Eldar H. Mammadov

Eldar H. Mammadov

  • Kateqoriyalar
    • Filmlər
    • İqtisadiyyat
    • Kitablar
    • Ordan-burdan
  • Bloq haqqında
  • Toggle search form
  • Avropada sərnişindaşımada qatar və aviareyslər İqtisadiyyat
  • Nəzarətə nəzarət İqtisadiyyat
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat
  • Daxili Audit və Daxili Nəzarətin fərqləri İqtisadiyyat
  • Sonbahar Filmlər
  • Ququ quşu yuvası üzərindən uçuş Filmlər
  • Zəmanəmizin qəhrəmanı Kitablar
  • Dəmir Yolları ilə Daşınan Sərnişin Sayı(2014-2024) İqtisadiyyat

Azərbaycanda Quş Müşahidəsi(birdwatching)

Posted on October 12, 2025October 12, 2025 By admin No Comments on Azərbaycanda Quş Müşahidəsi(birdwatching)

Quş müşahidəçiliyi (birdwatching) — təbiətdə azad yaşayan quşları gözlə və ya optik alətlərlə (dürbün, teleskop, fotoaparat) müşahidə etmək fəaliyyətidir. Bu, həm elmi məqsədlərlə (ornitologiya), həm də hobbi kimi həyata keçirilə bilər. Ornitoloji turizm (ingiliscə ornithological tourism və ya birdwatching tourism) — quşların təbii yaşayış mühitində müşahidə olunmasına əsaslanan ekoturizm növüdür.

Azərbaycan, kiçik əraziyə malik olmasına baxmayaraq, təbii landşaft müxtəlifliyi baxımından ən zəngin ölkələrindən biridir. Şimaldan cənuba və şərqdən qərbə doğru hərəkət etdikdə dağ, düzənlik, yarımsəhra, bataqlıq və Xəzərsahili ekosistemləri bir-birini əvəz edir. Bu müxtəliflik quşların yaşayışı və miqrasiyası üçün unikal şərait formalaşdırır. Ölkə ərazisində 410-a yaxın quş növü qeydə alınıb. Bu növlərin bir qismi yalnız Qafqaz regionuna xasdır və bəzi növlər Avropada ümumiyyətlə rast gəlinmir.

Ədəbiyyatımızda quşlar azadlığın və təbiətin musiqisidir. Amma indi o musiqi kəsilmək üzrədir. Hər yeni bina bir quşun yuvasını udur, hər məsuliyyətsiz əkin bir qanadı tozlandırır, hər qanunsuz atəş bir sükutu dərinləşdirir. Azərbaycan səmasında azadlıq nəğməsi get-gedə pıçıltıya çevrilir.

Azərbaycanda quş müşahidəçiliyi (birdwatching) üçün ən məşhur və bioloji baxımdan zəngin ərazilər əsasən köç marşrutlarının üzərində və su-bataqlıq, dağ və meşə ekosistemlərində yerləşir.

Qızılağac Milli Parkı

Qızılağac Milli Parkı Xəzər dənizinin qərb sahilində yerləşir və 100 000 hektardan çox sahəni əhatə edir. Park köçəri quşlar üçün istirahət və qidalanma məkanıdır. Oktyabrdan mayadək milyonlarla quş burada toplanır və dayaz göllər, qamışlıqlar onların enerji toplaması üçün ideal şərait yaradır. Yaz və payız aylarında sarıbaş çaydaçapan, lil cüllütü və s. quşlar parkın fəal sakinləridir. Qışda kiçik qarabatdaq, qıvrımlələk qutan, ağqaş qaz və adi flaminqo mənzərəyə rəng qatır. Ən yaxşı müşahidə nöqtələri cənub yarımadasındadır. Qızılağac yalnız Azərbaycanın deyil, bütün Qafqazın quşlar diyarıdır.

Xızı Dağları və Altıağac Milli Parkı

Böyük Qafqazın Xızı rayonundakı yamaclar qırmızımtıl, qəhvəyi və ağ çalarlara boyanır. Bu rənglər torpaqdakı dəmir elementlərinin oksidləşməsi nəticəsində yaranır. Dağlarda fərqli quş növləri müşahidə edilə bilər. Qayalıq fitçisi və adi kəklik alçaq dağlıq ərazilərdə yaşayır. Yazda oxuyan qarabaş vələmirquşu, tuğay bülbülü və qırğıyaoxşar silvi diqqəti cəlb edir. Altıağac Milli Parkına aparan yol dağlardan keçir. Park 1 200 m yüksəklikdə yerləşir və palıd, vələs və ağcaqayın ağacları ilə zəngindir. Burada yırtıcı quşlar və sərçəkimilər müşahidə olunur. Park həm də Beşbarmağa yaxın ərazidə yerləşir, buna görə quş müşahidəsi üçün əlverişlidir. Ən uyğun dövr apreldən iyuna qədərdir. Leşcil ağ kərkəs, berkut, ilanyeyən dəmircaynaq və qırğıyaoxşar silvi buranın əsas quş növləridir.

Ağgöl Milli Parkı

Ağgöl Milli Parkı Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşir. Park Ağgöl gölünün ətrafını əhatə edir, göl Kür və Araz çaylarının daşması nəticəsində formalaşıb. İl boyu burada 140-dan çox quş növü məskunlaşır. Vağlar, qaranaz, ərsindimdik, kiçik qarabatdaq və müxtəlif qışlayan qazlar parkın əsas sakinləridir. Ördək və su quşları da parkda çoxlu sayda müşahidə olunur. Ağgöl beynəlxalq əhəmiyyətli su-bataqlıq sahəsi kimi Ramsar siyahısına daxil edilib. Gölün adı buradakı quşların ağ lələklərindən götürülüb. Sahillərdə mərməri cürə, ağgöz dalğıc, göydimdik, bəzgək, sultan quşu və turac müşahidə edilir. Burada həm quşlarla, həm də canavar, tülkü və digər fauna növləri ilə qarşılaşmaq mümkündür. Quş müşahidəsi üçün ən uyğun dövr payızın sonu və yazın sonudur.

Abşeron Milli Parkı

Abşeron Milli Parkı ölkəmizin ən kiçik milli parkıdır, yalnız 7830 hektar ərazini əhatə edir. Buna baxmayaraq, burada kifayət qədər quş növü vardır. Park eyniadlı yarımadanın təbii landşaftı ilə tanış olmaq üçün unikal yerdir. Ərazinin əsas landşaftı sahilyanı bataqlıq və yarımsəhra hesab olunur. Burada qağayılar, susüpürənlər, ördəklər və bataqlıq quşları müşahidə edilə bilər. Həmçinin müxtəlif yırtıcı quş növlərinə də rast gəlmək mümkündür. Bataqlıq bayquşu burada yuva quran quşlardan biridir. Parkda canavar, çaqqal, Xəzər tısbağası, gürzə və damalı suilanı kimi fauna növləri də mövcuddur. Quş müşahidəsi üçün ən uyğun dövrlər aprelin ortalarından mayın ortalarına qədərdir.

Əlavə və daha ətraflı məlumat üçün aşağıdakı linklərə baxa bilərsiniz:

Birdwatching Azerbaijan İnstagram hesabı və Birdwatching Azerbaijan Facebook hesabı

Uncategorized

Post navigation

Previous Post: Üzeyir ömrü – Üzeyir Hacıbəyli 140
Next Post: Zəmanəmizin qəhrəmanı

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Kateqoriyalar

  • Filmlər
  • İqtisadiyyat
  • Kitablar
  • Ordan-burdan
  • Uncategorized
  • LinkedIn
  • Instagram

Son yazılar

  • Diletant liderlik
  • Sonbahar
  • Zəmanəmizin qəhrəmanı
  • Azərbaycanda Quş Müşahidəsi(birdwatching)
  • Üzeyir ömrü – Üzeyir Hacıbəyli 140
  • Sonbahar Filmlər
  • ISO 31000 və ISO 31010 nədir? İqtisadiyyat
  • Zaman divarları arasında Filmlər
  • Ququ quşu yuvası üzərindən uçuş Filmlər
  • Üzeyir ömrü – Üzeyir Hacıbəyli 140 Ordan-burdan
  • Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti İqtisadiyyat
  • Arzunun Ardınca filmi Filmlər
  • Ekrandakı reallıq Filmlər

Copyright © 2025 Eldar H. Mammadov.

Powered by PressBook News WordPress theme